Modern.az

Son sutkada peyvənd olunanlar

Son sutkada peyvənd olunanlar

Aktual

1 Yanvar 2022, 20:13

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a bildirilib ki, bir gündə 77 vaksin vurulub.

 

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, buster doza üzrə vaksinasiya olunanların sayı isə 7 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 346 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 392, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 676 580, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 500 271 təşkil edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı