Modern.az

Soydaşlarımız Avstriyada yeni ili belə qarşıladı

Soydaşlarımız Avstriyada yeni ili belə qarşıladı

Aktual

2 Yanvar 2022, 09:11

Avstriyanın Salzburq şəhərində yerləşən Azərbaycan evində 31- Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.



Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov açaraq Ali Baş Komandanın 44 günlük Zəfərlə nəticələnən tarixi qələbədən bəhs edib. Xalqımızın bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək vətənin bütövlüyünü bərpa etməsindən danışıb.


Vətən müharibəsində canlarını Vətən uğrunda qurban verən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Azərbaycan həqiqətlərini Avstriya ictimaiətinə çatdırılması və 2021-ci ildə diaspora quruculuğu işlərində göstərdiyi xüsusi fəallığa görə bir qurub diaspora üzvü təltif olunub.


Təltif olunanlar arasında Avstriya Respublikasında fəaliyyət göstərən psixoloq-doktor Nərmin Xanalizadə, Birinci Qarabağ müharibəsinin iştirakçısı, qazisi Ramiz Məmmədov, qardaş Türkiyə Cümhuriyyətinin nümayəndəsi iş adamı Durmuş Aydəmirdə var.


Mükafatlandırılan şəxslər bu mükafatın onlar üçün çox böyük mənəvi stimul olduğunu söyləyiblər. Qarabağ qazisi Ramiz Məmmədov vətənpərvərliyin təbliğinin xaricdə yaşayan Azərbaycanlılar üçün neçə önəmli olduğunu bildirib.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı