Modern.az

Qar hava yollarını iflic etdi

Qar hava yollarını iflic etdi

Aktual

2 Yanvar 2022, 09:58

Son iki gündə Yaponiyanın qərb və şimal rayonlarına yağan güclü qar səbəbindən 230-dan artıq aviareys təxirə salınıb.

 

 

Modern.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

 


Xüsusən də Hokkaydo adasında yerləşən Sapporo şəhər aeroportunda reyslərin təxirə salındığı bildirilir. Yerli administrasiya toplanan qarı təmizləmək üçün uçuş-enmə zolağını 3 saatlıq bağlamağa məcbur olub. Nəticədə “Şin-Titoşi” aeroportunda reyslərini dəyişməyə məcbur olan insanların böyük növbəsi yaranıb.

 


Hazırda Hokkaydo adasında və yaxınlıqda yerləşən digər rayonlarda qarın qalınlığının bir metrə çatdığı qeyd olunur. Mütəxəssislər Yeni il şənliklərindən sonra evlərinə qayıtmaq istəyən sakinlərdən həddindən artıq ehtiyatlı davranmağı xahiş edirlər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı