Modern.az

Rusiyada ağır qəza: ölənlər var

Rusiyada ağır qəza: ölənlər var

Aktual

2 Yanvar 2022, 10:05

Rusiyanın Ryazan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Belə ki, avtobusun dəmir yolu körpüsünün dayağına çırpılması nəticəsində 5 nəfər ölüb, ikisi azyaşlı olmaqla 16 nəfər isə yaralanıb. 

 

Ümumilikdə avtobusda 52 nəfər olub.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!