Modern.az

Səudiyyəyə qar yağdı

Səudiyyəyə qar yağdı

Aktual

2 Yanvar 2022, 19:23

Səudiyyə Ərəbistanının Tabuk regionuna qar yağıb.

 

Modern.az xəbər verir ki, bu barədə SPA agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəlb edib.

 

Səudiyyə Ərəbistanı üçün nadir olan bu təbiət hadisəsinin fotoşəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.

 

Qonşu ölkə Qətərdən də turistlər Cəbəl Əl-Ləvz bölgəsinə axın ediblər. Onlar bu ərazidə özlərini Avropadakı kimi hiss etdiklərini deyiblər.

 

Meteoroloqlar Tabuk regionunda qarlı hava şəraitinin bir neçə gün davam edəcəyini bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı