Modern.az

Həmkəndlilərinin təsərrüfatlarını yandıran şəxs SAXLANILDI

Həmkəndlilərinin təsərrüfatlarını yandıran şəxs SAXLANILDI

Aktual

3 Yanvar 2022, 11:10

Yanvarın 1-də gecə saat 2-dən 4-dək olan müddətdə Zaqatala rayonunun  Mosul kəndində kənd sakinləri İ.Süleymanova, Q.Məmmədova və R.Məmmədova məxsus yardımçı təsərrüfatlarda yanğınlar baş verib.

 

Daxili İşlər Nazirliyindən ( DİN) Modern.az-a verilən məlumata görə, nəticədə həmin yardımçı təsərrüfatların konstruksiyaları yanıb, xəsarət alan olmayıb.

 

Məlumatlarla əlaqədar Zaqatala Rayon Polis Şöbəsində dərhal müvafiq araşdırmalara başlanılmış və yanğınların kənd sakini Əhliman Gülməmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Ə.Gülməmmədov saxlanılıb.

 

Rəsmi məlumata görə, Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı