Çinin cənub-qərbində yerləşən Quycouda tikinti sahəsində torpaq sürüşməsi baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər həlak olub.
Hadisə zamanı yaralanan 3 nəfər xəstəxanaya yerləşdirilib.
Axtarış-xilasetmə işlərinə mülki müdafiə qüvvələri və polis əməkdaşları cəlb olunub