Gəncə şəhərində 51 yaşlı Mehman İkram oğlu Hüseynov mübahisə zəminində bıçaq xəsarətləri alıb.
Modern.az xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.
Şübhəli şəxs 1985-ci il təvəllüdlü Zahir Həsənovun artıq saxlanıldığı bildirilir.
Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi qeyd olunur.