Modern.az

Qazı bahalaşdıran zavod direktoru saxlanılıb

Qazı bahalaşdıran zavod direktoru saxlanılıb

Aktual

5 Yanvar 2022, 09:37

Qazaxıstanın Manqistau vilayətinin Janaozen rayonundakı təbii qaz emalı zavodunun direktoru Nakbergen Tulepov saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

 

Məlumatda qeyd olunub ki, zavod direktoru heç bir səbəb olmadan təbii qazın qiymətini bahalaşdırıb.

 

Xatırladaq ki, Qazaxıstanda yanvarın 2-dən Janaozen rayonu başda olmaqla Manqistau vilayətinin digər bölgələrində  sakinlər maye qazın qiymətinin kəskin artmasına etiraz ediblər. Ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb.

Aksiyalardan sonra maye qazın qiyməti 50 təngəyə endirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı