Modern.az

Bayram günlərinin “qara statistikası” AÇIQLANDI

Bayram günlərinin “qara statistikası” AÇIQLANDI

Aktual

5 Yanvar 2022, 11:12

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayram günləri ərzində ümumilikdə 176 yanğına çıxış, 15 köməksiz vəziyyətdə qalma, 1 nəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib”.

Bu barədə Modern.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 2-si azyaşlı olmaqla 27 nəfər, o cümlədən intihara cəhd edən 1 nəfər xilas edilib, 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğınlar zamanı 15 nəfər təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı