Modern.az

Avtomobilində silah gəzdirən şəxs tutuldu

Avtomobilində silah gəzdirən şəxs tutuldu

Aktual

5 Yanvar 2022, 16:38

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları avtomobildə qanunsuz odlu silah gəzdirən şəxsi saxlayıb.

 

Modern.az-ın xəbərinə görə,”VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü Emil Hacıyev yol hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Polis əməkdaşı avtomobilə yaxınlaşdıqda oturacağın üzərində ov tüfənginin olduğunu görüb və yoxlama zamanı həmin “İJ” markalı odlu silahın müvafiq sənədlərinin olmadığı, eləcə də daşınma qaydalarının pozulduğu aşkarlanıb.

 

E.Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı