Modern.az

Bakıda işıqfor işləmədi, tıxac yarandı

Bakıda işıqfor işləmədi, tıxac yarandı

Aktual

7 Yanvar 2022, 20:41

Bakının Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu səbəbdən Mətbuat prospekti və A.M.Şərifzadə küçələrində bəzi işıqforların işində fasilə yaranıb.

 

İşıqforların işləməməsi isə ərazidə tıxacın yaranmasına səbəb olub.

 

BNA-dan bildirilib ki, hazırda müvafiq qurum tərəfindən elektrik enerjisi verilişinin bərpası ilə bağlı iş aparılır:

 

“Bunu nəzərə alaraq sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”. (Qafqazinfo)

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı