Modern.az

Vətəndaşlardan 11 sənədsiz tüfəng götürülüb

Vətəndaşlardan 11 sənədsiz tüfəng götürülüb

Aktual

8 Yanvar 2022, 10:30

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində yanvarın 7-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 11 ədəd ov tüfəngi götürülüb.

 

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!