Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, "VAZ-2107" markalı minik avtomobilinin yol təmiri təyinatlı “Kon” markalı avtomobilinə çırpılması nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.