Modern.az

Qazaxıstanın ən varlı iş adamlarının İTKİLƏRİ

Qazaxıstanın ən varlı iş adamlarının İTKİLƏRİ

Aktual

9 Yanvar 2022, 12:23

Qazaxıstandan olan dörd milyarderin sərvəti ölkədə bir neçə gün davam edən etiraz aksiyalar nəticəsində ümumilikdə 3 milyard dollar azalıb.

 

 

Modern.az xəbər verir ki, bu barədə Forbes yazır.

 

 

Məlumata görə, milyarderlərin sərvəti ölkədəki iki böyük bankın - “Kaspi Bank” və Qazaxıstanın Xalq Bankının səhmlərinin müvafiq olaraq 30 və 15 faiz ucuzlaşması səbəbindən azalıb.

 

 

Yanvarın 4-dən 6-dək “Kaspi Bank”-ın ən böyük səhmdarı Vyaçeslav Kim 1,4 milyard dollar itirib, sərvəti 5,7 milyard dollardan 4,2 milyard dollara düşüb. “Kaspi”-nin baş direktoru Mixail Lomtadzenin sərvəti eyni məbləğdə - 5,2 milyard dollardan 3,8 milyard dollara qədər azalıb.

 

 

Qazaxıstanın Xalq Bankında nəzarət səhm paketinə sahib olan Nazarbayevin qızı Dinara Kulibayeva və əri Timur Kulibayev ümumilikdə 200 milyon dollar itirib. “Forbes” ər-arvadın sərvətini 3,1 milyard dollar həcmində qiymətləndirib.

 

 

“Forbes”-in məlumatına görə, Qazaxıstanın ən varlı adamları reytinqində yeddi milyarder var. Nəşr etirazlar zamanı qalanların vəziyyətinin necə dəyişdiyini göstərmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!