Modern.az

KTMT-nin türk ölkəsinə göndərdiyi briqadalar - SİYAHI

KTMT-nin türk ölkəsinə göndərdiyi briqadalar - SİYAHI

Aktual

9 Yanvar 2022, 15:12

Rusiyanın KTMT tərkibində Qazaxıstana göndərdiyi sülhməramlıları kontingent haqqında məlumat yayılıb.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstana göndərilən 31-ci hava-desant briqadası - II Çeçen müharibəsində və Cənubi Osetiya müharibəsində iştirak edib. Bosniya müharibəsi zamanı humanitar karvanları müşaiyət edib.

 

 

98-ci hava-desant diviziyası - 1996-cı ildə Bosniya və Herseqovinada, 1998-ci ildə Abxaziyada, 1999-cu ildə Kosovada, 2014-cü ildə Donbas müharibəsində iştirak edib. Rusiya diviziyanın Donbasdakı iştirakını təkzib etsə də, Ukrayna ordusu diviziyanın bir neçə hərbçisini əsir götürdükdən sonra fakt ortaya çıxıb. Rusiya tərəfi isə hərbçilərin sərhəddə azaraq, qonşu ölkənin ərazisinə keçdiyini bildirib. 2014-cü ildə Minsk danışıqları zamanı rus hərbçilər Moskvaya təhvil verilib.

 

 

45-ci hava-desant elit qüvvələri - Birinci və İkinci Çeçen müharibəsində, 2008-ci ildə Cənubi Osetiya döyüşlərində, 2014-cü il Krımın işğalında iştirak ediblər. Həmçinin, Suriya döyüşlərinin də aktiv iştirakçılarıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı