“İstanbul Sammiti çərçivəsində təsdiqlənmiş “Türk Dünyası 2040 Vizyonu” sənədi daxili və xarici sınaqlarda lazımi birliyi, həmrəyliyi özündə ehtiva edir”.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı (TDT) XİN başçılarının videokonfrans formatında keçirilən fövqəladə iclasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, ona görə də təşkilat olaraq siyasi və iqtisadi bütövlük istiqamətində addımlar sürətləndirilməlidir:
"İnkişaf üçün ən başlıca şərt sabitlik və təhlükəsizlikdir. Daxildə təhlükəsizlik və kəşfiyyat qurumları arasında əməkdaşlığı daha müntəzəm və davamlı etməliyik”.