Modern.az

Azyaşlılara siqaret satanlar cəzalandırıldı

Azyaşlılara siqaret satanlar cəzalandırıldı

Aktual

27 Yanvar 2022, 11:05

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.  

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının yanvarın 26-da rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir köşkdə, bir mağazada və bir şərab evində satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.  

 

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) inzibati tənbeh tədbiri tətbiq olunub. 

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır