Modern.az

Özünü dənizə atan qız xilas edildi - VİDEO

Özünü dənizə atan qız xilas edildi - VİDEO

Aktual

3 Fevral 2022, 18:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində intihar məqsədilə özünü dənizə atmış Fərzəlizadə Aytən Vasif qızı dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilərək, ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

 

//www.youtube.com/embed/Vy2jadLQEjw

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı