Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında növbəti görüşün vaxtı və yeri açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Vahan Hunanyan "Twitter" hesabında yazıb.
O bildirib ki, xüsusi nümayəndələrin növbəti görüşü fevralın 24-də Vyanada baş tutacaq.
Xatırladaq ki, tərəflər arasında ilk görüş bu il yanvarın 14-də Moskvada keçirilib.