Modern.az

Yolu keçən iki qadını maşın vurdu

Yolu keçən iki qadını maşın vurdu

Aktual

5 Fevral 2022, 12:08

Fevralın 2-də saat 1 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri N.Urşanova və S.Süleymanova vurulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az verilən məlumata görə, yaralılara xəstəxanada ilkin tibbi yardım göstərilib.

 

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Qafarov saxlanılıb.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində