Modern.az

Avtovağzaldan maşın qaçırdı, bir ay sonra tapıldı

Avtovağzaldan maşın qaçırdı, bir ay sonra tapıldı

Aktual

5 Fevral 2022, 12:40

Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yanvarın 7-də Beynəlxalq Avtovağzal Kompleksi ərazisindən Bakı şəhər sakini O.Məmmədova məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini K.Mikayılov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı