Modern.az

Qış Olimpiya Oyunlarının ilk MEDALÇILARI

Qış Olimpiya Oyunlarının ilk MEDALÇILARI

Aktual

5 Fevral 2022, 12:50

Pekində keçirilən Qış Olimpiya Oyunlarında ilk mükafatçıların adları bilinib.

 

Modern.az xəbər verir ki, qadınlar arasında xizəksürmə üzrə skiatlon yarışlarında Norveç idmançısı Terez Yohauq Olimpiya çempionu olub.

 

O, 15 kilometrlik məsafəni 44 dəqiqə 13,7 saniyəyə qət edib.

 

Yarışda gümüş medalı Rusiya xizəkçisi Natalya Nepryayeva, bürünc medalı isə avstriyalı idmançı Tereza Ştadlober qazanıb.

 

Qeyd edək ki, ötən gündən start verilən 24-cü Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində