Bölgədə kəskin dəyişən qeyri-sabit hava şəraiti Tərtərdə altı kəndə işığın verilməsində fasilə yaradıb.
Modern.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, külək səbəbindən baş verəcək fəsadların qarşısını almaq məqsədi ilə rayonun Bəyimsarov, Sarov, Şıxarx, Həsənqaya, Qarağacı və Qapanlı kəndlərində müvəqqəti olaraq elektirik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb.