Modern.az

“Pekin-2022” - İlk gündə 13 ölkə medal qazandı

“Pekin-2022” - İlk gündə 13 ölkə medal qazandı

Aktual

5 Fevral 2022, 20:05

“Pekin-2022” Qış Olimpiya Oyunlarının birinci günündə 13 ölkənin idmançıları medal qazanıblar.

 

Modern.az xəbər verir ki, medal siyahısına Norveç komandası liderlik edir.

 

Bu ölkənin idmançıları 2 qızıl medal qazanıblar. Sloveniya təmsilçiləri 1 qızıl və 1 bürünc medalla ikinci pillədə yer alıblar. Niderland, İsveç və Çin 1 qızıl medalla 3-5-ci yerləri bölüşürlər.

 

Qeyd edək ki, fevralın 20-dək davam edəcək Qış Olimpiya Oyunlarında 91 Milli Olimpiya Komitəsindən 2 min 800-dən çox atlet idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparır.

 

Azərbaycan milli komandası “Pekin-2022”də 2 idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı