Modern.az

ABŞ daha bir qrup hərbçini Polşaya göndərdi

ABŞ daha bir qrup hərbçini Polşaya göndərdi

Aktual

9 Fevral 2022, 08:00

Göyərtəsində ABŞ-ın 82-ci hava-desant diviziyasının hərbi qulluqçuları olan azı dörd C-17A Globemaster III hərbi-nəqliyyat təyyarəsi Polşaya gəlib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fort Bragg (Şimali Karolina) bazasından havaya qalxan təyyarələr Polşanın Rzeşov şəhərində enib.

 

Vaşinqtonun qərarına əsasən, şəhərdə 82-ci hava-desant diviziyasının briqada döyüş qrupunun tərkibində ümumilikdə 1700 amerikalı paraşütçü yerləşdiriləcək. Bir gün əvvəl amerikalı hərbçilərin olduğu daha üç təyyarə Rzeşov-Yasyonka hava limanına enib.

 

Məlumatlara görə, ABŞ ordusunun 18-ci hava-desant diviziyasının ən azı 750 hərbçisi artıq Polşaya yerləşdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı