Modern.az

Goranboyda əkin sahələrinin suvarılması diqqətdə saxlanılır

Goranboyda əkin sahələrinin suvarılması diqqətdə saxlanılır

Aktual

9 Fevral 2022, 09:39

Goranboyda əkin sahələrinin suvarma suyu təminatı diqqətdə saxlanılır.

 

Modern.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, aidiyyəti xidmət sahələrinin rəhbərləri və məsul şəxslərlə birgə, Kürəkçayın Yolqulular kəndi ərazisində mövcud olan və rayonun Yolqulular, Xoylu, Qaradağlı, Şadılı, Nadirkənd, Borsunlu və Qazanbulaq ərazilərinin  suvarma suyuna olan tələbatını təmin edən  hidrotexniki qurğuların cari vəziyyəti və mövcud su ehtiyyatları ilə yerində tanış olub.

 

İcra Başçısı mövcud su ehtiyyatlarından səmərəli və növbəli istifadə olunması, hidrotexniki qurğuların, su kanal və arxlarının vaxtında təmir və bərpa işlərinin həyata keçirilməsi ilə bağlı, aidiyyəti xidmət sahəsi rəhbərlərinə müvafiq tapşırıq və tövsiyyələrini verib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı