Modern.az

Ərilə mübahisə edən qadın özünü maşından atdı

Ərilə mübahisə edən qadın özünü maşından atdı

Aktual

9 Fevral 2022, 10:34

Abşeron rayonu Mehdiabad qəsəbəsində ailə münaqişəsi zəminində qadın ağır xəsarət alıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi, sovxoz ərazisində baş verib.

 

Belə ki, 2000-ci il təvəllüdlü Hüseynova Aytac Əbülfəz qızı avtomobil hərəkətdə olan zaman sükan arxasında olan həyat yoldaşı ilə mübahisə edib.

 

Daha sonra qadın özünü avtomobildən yerə atıb.

 

O, ağır kəllə beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...