Modern.az

Sahil Babayev Kəmaləddin Heydərovun yerinə GƏTİRİLİR

Sahil Babayev Kəmaləddin Heydərovun yerinə GƏTİRİLİR

Aktual

9 Fevral 2022, 10:48

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

 

S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.

 

Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...