Modern.az

Narkoman sürücü postda TUTULDU

Narkoman sürücü postda TUTULDU

Aktual

9 Fevral 2022, 11:12

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvar ayının 13-də Gəncə şəhər sakini Səbuhi İsgəndərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Şəmkir rayonu ərazisində yerləşən daimi postda saxlanılıb.

 

Bu barədə DİN-dən Modern.az-a verilən məlumatda bildirilib.


Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 334.1-ci maddələri ilə protokol tərtib olunub.


Fevralın 2-də Kəpəz rayon Məhkəməsinin qərarı ilə sürücü 500 manat məbləğində cərimə edilib.


Bu istiqamətdə tədbirlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı