Modern.az

Sumqayıtda BIÇAQLANMA

Sumqayıtda BIÇAQLANMA

Aktual

9 Fevral 2022, 12:14

Fevralın 9-u saat 10 radələrində Sumqayıt şəhər sakin 1977-ci il təvəllüdlü Nazim Məmmədovun Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Sumqayıt şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci  (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Rəsmi məlumata görə, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!