Modern.az

Azərbaycan Avropa ölkələri ilə yeni mərhələyə başlayıb

Azərbaycan Avropa ölkələri ilə yeni mərhələyə başlayıb

Aktual

9 Fevral 2022, 12:57

"Bu gün həmkarımla müxtəlif sahələrdə məsələlər müzakirə olundu. İki ölkənin 30 ildə inkişafı əlaqələrin daha da güclənməsinə şərait yaradır".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ilə birgə keçirdiyi brifinqdə deyib. 


"Azərbaycan Respublikası artıq Avropa İttifaqı ölkələri ilə yeni mərhələyə başlayıb. Ötən həftədən başlayaraq layihələrdən yararlanmaq imkanları artır. Parlamentlərarası əlaqələr daha da güclənir. Hər iki ölkənin parlament nümayəndələri mütəmadi olaraq uğurlu əməkdaşlıq edir. Eyni zamanda beynəlxalq platformalarda Moldova Azərbaycanın suverenliyini hər zaman dəstəkləyib, qarşılıqlı maraqların qorunması da bizim üçün vacibdir. Dinamik inkişaf edən dünyada əlaqələri gücləndirmək üçün razılığa gəlindi ki, ildə bir dəfə belə müzakirələr keçirilsin. Həmçinin həmkarıma postmüharibə dövründə Azərbaycanın xarici siyasəti, ideologiyası haqqında məlumat verdim. Vətəndaşlarımızın öz doğma torpaqlarına qayıtması, həmin ərazilərdə qurulacaq infrastruktur işləri barədə məlumat verdim", - deyə XİN başçısı vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı