Modern.az

Moldovadan Azərbaycana DƏSTƏK

Moldovadan Azərbaycana DƏSTƏK

Aktual

9 Fevral 2022, 13:12

"Nazir olaraq ilk dəfədir ki, Azərbaycana gəlirəm. Bu il sizinlə bağlı planlarımız var, 30 illiyimizi qeyd edəcəyik".


Modern.az xəbər verir ki, bunu Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib. 

 

"Qeyd etmək istəyirəm ki, Moldova Azərbaycanı dəstəkləyir. Biz bir neçə ekspertimizi göndərəcəyik ki, minalı ərazilərin təmizlənməsində Azərbaycana yardım edə bilək. Biz, həmçinin istəyirik ki, münasibətlərdən istifadə edərək əlaqələrimizi gücləndirək. Hazırda Moldovada 130 Azərbaycan şirkəti fəaliyyət göstərir. Bunu daha da artırmağı planlayırıq", - deyə Moldova rəsmisi vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı