Modern.az

Bakı-Kişinyov birbaşa aviareysi açıla bilər

Bakı-Kişinyov birbaşa aviareysi açıla bilər

Aktual

9 Fevral 2022, 13:23

Azərbaycan və Moldova arasında Bakı-Kişinyov birbaşa aviareyslərinin açılması imkanı müzakirə mövzusudur.


Modern.az xəbər verir ki, bunu Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə deyib. 

 

“Bu gün Moldovada Azərbaycan kapitallı şirkətlər var və biz onların sayını artırırıq. Hazırda 130 şirkət Moldovada fəaliyyət göstərir. Bu sahədə işlər aparılır", - deyə nazir vurğulayıb.

 

Onun sözlərinə görə, Moldova Azərbaycanla iqtisadi əməkdaşlığı gücləndirməkdə maraqlıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı