Modern.az

Ermənistan məğlubiyyətin günahını ATƏT-in üstünə atdı

Ermənistan məğlubiyyətin günahını ATƏT-in üstünə atdı

Aktual

9 Fevral 2022, 14:54

ATƏT məkanında bir sıra dağıdıcı proseslər 2020-ci ilin payızında Qarabağda müharibəyə gətirib çıxardı. 

 

Modern.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Armen Qevondyan deyib.

 

Ermənistan rəsmisi bəyan edib ki, Avropada yaradılmış təhlükəsizlik mexanizmləri onların praktiki nəticələrinə uyğun gəlmir:

 

“Ümumiyyətlə, soyuq müharibədən sonra ATƏT-in məsuliyyət zonasında təhlükəsizliyin “parçalanması” baş verib”, - deyə nazir müavini ikinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə ATƏT-i günahlandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı