Modern.az

Rusiya ABŞ-dan konkret cavab gözləyir - Zaxarova

Rusiya ABŞ-dan konkret cavab gözləyir - Zaxarova

Aktual

9 Fevral 2022, 15:16

Rusiya ABŞ-a konkret suallar siyahısını göndərib və son dərəcə konkret, yazılı cavab almaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

 

"Biz həqiqətən də son dərəcə konkret, yazılı cavab almaq istədiyimiz sualların yazılı siyahısını göndərmişik" - XİN rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, 2021-ci ilin sonunda Rusiya NATO ilə təhlükəsizlik zəmanətləri haqqında saziş layihələrini dərc edib, yanvarın 26-da ABŞ və NATO bu təkliflərlə bağlı Moskvaya yazılı cavablar göndərib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı