"Omicron" ştamının özünün də bir neçə variantı var. Mutasiya olunsa da, koronavirusa xas olan əlamətlər bu ştama müşahidə olunur.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışı zamanı deyib.
T.Eyvazov qeyd edib ki, "Omicron"da xəstəliyin üzə çıxması qısa müddətdə baş verir:
"Bəzən olur ki, səhər yoluxma olduqda, əlamətlər axşama doğru ortaya çıxır. Həmçinin xəstəlik zamanı yoluxduruculuq yüksək olsa da, yoluxduruculuq günlərinin sayı azdır. "Omicron" ştamında yuxarı tənəffüs yollarının zədələnməsi əlamətlərinə daha çox rast gəlinir. Burun axması, tutulması, boğaz ağrıları, temperaturun qalxması müşahidə olunur. Daha çox halsızlıq meydana çıxarır”.