Səhiyyə Nazirliyi "buster" doza ilə bağlı yenidən əhaliyə çağırış edib.
Modern.az xəbər verir ki, nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov hələ də koronavirus əleyhinə antiviral preparatların olmadığı xatırladıb.
O qeyd edib ki, verilən dərman vasitələri məhdud şəkildədir:
“Bu gün bütün dünyada COVID-19-la mübarizənin ən düzgün yolu vaksinayadır. "Buster" doza vurulandan sonra qoruyuculuğu xeyli artması elmi araşdırmalarla təsdiq olunub. Ona görə də bir sıra ölkələr tövsiyə edib ki, "buster" doza qəbul edilsin. Azərbaycan da həmin elmi araşdırmaları və beynəlxalq təcrübəni nəzərə alaraq, vətəndaşlarına "buster" dozanı tövsiyə edib”.
“Prosesdə aktiv iştirak etmək lazımdır ki, üzümüzə gələn növbəti dalğalarda daha ağır xəstlənməyək. Çünki, hətta "buster" dozanın vurulması növbəti iki həftə ərzində immuniteti artırmış olur. Güman edirik ki, sonuncu dalğa daha qısa müddətli olacaq. Risk qrupuna aid olan şəxslər ilk növbədə "buster" doza almalıdır. Həmçinin qoyulan qaydalara da ciddi əməl edilməlidir”.