Modern.az

Qərb Ukraynaya 1,5 milyardlıq hərbi yardım göndərdi

Qərb Ukraynaya 1,5 milyardlıq hərbi yardım göndərdi

Aktual

9 Fevral 2022, 17:04

Tərəfdaş ölkələr Ukraynaya ümumilikdə 1,5 milyard dollar məbləğində hərbi yardım göstəriblər və bu yardımlar davam edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal hökumətin fevralın 9-da keçirilən iclasında bildirib.

 

“Tərəfdaşlarımız Ukraynaya təxminən 1,5 milyardlıq hərbi yardım göndəriblər, daha bir sıra ölkələr hərbi və maliyyə yardımı təqdim etmək imkanlarını nəzərdən keçirirlər”, - Denis Şmıqal belə deyib.

 

Baş nazir Ukraynanın müdafiə qabiliyyətinin möhkəmlənməsinə verilən əhəmiyyətli töhfəyə görə beynəlxalq tərəfdaşlara təşəkkür edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...