Rusiya-Gürcüstan sərhədində 4,8 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Tbilisi vaxtilə saat 16:26 baş vermiş zəlzələnin episentri Gürcüstanla sərhəddən 61 kilometr dərinlikdə, İnquşetiyada qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.