Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun qalmaqallı çıxışından sonra səfir Aleksandr Konyukun Xarici İşlər Nazirliyinə çağırılmasına münasibət bildirib.
Modern.az xəbər verir ki, erməni nazir bu barədə parlamentdəki hökumət saatında danışıb.
“Belarus səfirinə Ermənistan tərəfinin İrəvan və Minskin bir-birinin maraqlarını nəzərə almalı, qarşılıqlı hörmətə əsaslanmalı olduğuna dair mövqeyi çatdırılıb”, - XİN başçısı deyib.
Qeyd edək ki, rusiyalı teleaparıcı Vladimir Solovyova müsahibə verən Belarus lideri Aleksandr Lukaşenko keçmiş Sovet ittifaqının bərpası ilə bağlı müzakirələrə səbəb olacaq fikirlər səsləndirib. O hesab edir ki, müharibədə məğlub olan Ermənistanın artıq çıxış yolu yoxdur.
Lukaşenko, eyni zamanda Ermənistanın gücsüz duruma düşdüyünü, heç kimə lazım olmadığı və buna görə İttifaqa qoşulmağa məcbur qaldığını vurğulayıb. Onun fikirləri Ermənistan XİN-də təşviş yaradıb.