Modern.az

Salfetdə patı satıldığını deyən şəxs SAXLANILDI

Salfetdə patı satıldığını deyən şəxs SAXLANILDI

Aktual

9 Fevral 2022, 17:58

Sosial şəbəkə seqmentlərində uşaqların satdığı salfetin içinə narkotik olması ilə bağlı yayılan məlumatlar araşdırılıb. 

 

Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a bildirib ki, polis tərəfindən keçirilən müvafiq tədbirlərlə həmin məlumatı yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Abumislimov  Kamran olması müəyyən olunub:

 

"O, etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub. Onun iddia etdiyi halların bütün təfərrüatları yoxlanılıb. Salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması məlum olub".  

 

DİN rəsmisinin sözlərinə görə, iddialarla bağlı araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı