Modern.az

Qəzalı vəziyyətdə olan ağaclar götürüləcək

Qəzalı vəziyyətdə olan ağaclar götürüləcək

Aktual

9 Fevral 2022, 18:25

Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi ilə Xətai prospektinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

 

Modern.az-ın məlumatına görə, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı Nərimanov rayon Bələdiyyəsi tərəfindən ərazidəki qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olduğu müəyyən edilib.

 

Agentlik tərəfindən qəzalı vəziyyətdə olan ağacların hər birinin əvəzinə bir neçə ağacın əkilməsi şərtilə götürülməsinə rəy verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı