Modern.az

İctimai yerdə 5 koronavirus xəstəsi aşkarlandı

İctimai yerdə 5 koronavirus xəstəsi aşkarlandı

Aktual

9 Fevral 2022, 20:38

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakinləri M.Əliyev, X.Məmmədov, Y.Nəsirova, B.Niftullayev və E.Hüseynovanın karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən edilib. Onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

 

Faktlarla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində