"Peyvəndlərin ölkələr arasında qeyri-bərabər paylanması dövrümüzün ən böyük səhvidir, lakin qüvvələri birləşdirərək COVID-19 pandemiyasına son qoya bilərik".
Modern.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
Onun sözlərinə görə, bütün ölkələrin səylərinin birləşdirilməsi cari ildə COVID-19 pandemiyasına qalib gəlməyə kömək edəcək.
"Biz pandemiyanın sonunu ilin əvvəlində görə bilərik. İqtisadiyyatı yoluna qaytara və dayanıqlı inkişaf hədəflərini xilas edə bilərik, lakin indi hərəkətə keçməliyik", - Baş katib vurğulayıb.