Modern.az

Ən çox qazanan məşhurların ADLARI

 Ən çox qazanan məşhurların ADLARI

Aktual

10 Fevral 2022, 08:51

“Forbes” jurnalı ən çox qazanan məşhurların yeni siyahısını açıqlayıb.

 

Modern.az xəbər verir ki, Yeni Zelandiyalı rejissor Piter Cekson bir il ərzində 580 milyon dollar qazanıb. O bu göstəriciyə görə dünyanın məşhurları arasında birinci yeri tutub.

 

“Üzüklərin Rəbbi” (The Lord of the Rings) trilogiyasının rejissoru Piter Cekson noyabrın 10-da özünün kino sənayesində ən tanınmış studiyalardan biri olan “Weta Digital” xüsusi effektlər studiyasını Amerikanın proqram təminatı üzrə “Unity Software” kompaniyasına 1,6 milyard dollara satdığını elan etmişdi. Bu sövdələşmə “Forbes”in siyahısında Ceksonu liderliyə yüksəldib. Onu, həmçinin Stiven Spilberq Corc Lukasdan sonra üçüncü milyarder rejissor edib.

 

Siyahıda ikinci yeri amerikalı ifaçı Bryus Sprinqstin tutub Müğənni öz mahnılarının bütün kataloqunun hüququnu “Sony” kompaniyasının musiqi bölməsinə 500 milyon dollara satıb.

 

İlk beşlikdəki digər üç yerdə amerikalı reper Cey Zi (340 milyon dollar), “Qaya” təxəllüsü ilə tanınan aktyor və restler Dueyn Conson (270 milyon dollar) və amerikalı müğənni Kanye Uest (235 milyon dollar) qərarlaşıb.

 

Hesabat dövründə şou-biznesin ən çox qazanc əldə edən 25 təmsilçisinin ümumi gəliri 4,4 milyard dollar təşkil edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı