Modern.az

Sumqayıtda meyit tapıldı

Sumqayıtda meyit tapıldı

Aktual

10 Fevral 2022, 10:15

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə fevralın 9-da saat 10 radələrində 18-ci mikrorayon ev 1-in qarşısında orada yaşayan, əvvəllər məhkum olunmuş 45 yaşlı Nazim Məmmədovun üzərində bıçaq xəsarətləri olan meyitinin tapılması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, dərhal şəhərin polis və prokrorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı