"Atılacaq qısamüddətli addımlardan biri səhiyyənin rəqəmsallaşdırılmasıdır. Həmin məqsədlə növbəti 5 il üçün rəqəmsal səhiyyə strategiyası hazırlanmaqdadır".
Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.
Nazirin sözlərinə görə, rəqəmsal səhiyyə strategiyasının hazırlanmasının yeddi məqsədi var, onlardan biri də azad edilmiş ərazilər də daxil olmaqla ölkədə göstərilən tibbi xidmətlərin həcminin müəyyənləşdirilməsidir.
T.Musayev strategiya çərçivəsində irihəcmli layihələrin həyata keçiriləcəyini də diqqətə çatdırıb.