Modern.az

Vaksin vurulan yeniyetmələrin SAYI 

Vaksin vurulan yeniyetmələrin SAYI 

Aktual

10 Fevral 2022, 12:30

"Bu günə qədər Azərbaycanda 601 yeniyetmə vaksinasiyadan keçib".


Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

 

Nazir bildirib ki, yeniyetmərlərə yalnız "Pfizer" vaksini vurulub və heç bir fəsad olmayıb:

 

"Yaş həddinin azaldılması müzakirə olunub. Bütün qərarlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsaslanır. ÜST-ün tövsiyəsinə əsasən azyaşlılara vaksin vurulması məcburi sayılmır".

 

T.Musayev, həmçinin qeyd edib ki, Azərbaycanda COVID-19-a qarşı yeniyetmələr arasında 12-18 yaş arası vaksinasiya tövsiyə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...