NATO-nun baş katibi Yens Stoltenberq Böyük Britaniyanın baş naziri Boris Conson ilə birgə mətbuat konfransında bildirib ki, o, Rusiya-NATO Şurası çərçivəsində bir sıra görüşlərin davam etdirilməsi üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub göndərib.
Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin məlumatında bildirilib.
“Bu gün mən Rusiyanın xarici işlər naziri Sergey Lavrova məktub göndərərək, Rusiyanı irəliyə doğru diplomatik yol tapmaq üçün Rusiya-NATO Şurasında bir sıra görüşlər keçirərək dialoqumuzu davam etdirməyə dəvətimi təkrarladım”, - Stoltenberq bildirib.
O əlavə edib ki, NATO Rusiyanın narahatlığını dinləməyə, həmçinin Avropa təhlükəsizliyinin fundamental prinsiplərini gücləndirmək yollarını müzakirə